Azərbaycanın bank sektorunda kadr heyətinin və xidmət şəbəkəsinin genişlənməsi müşahid olunur. 31 avqust 2026-cı il tarixinə olan rəsmi məlumatlara əsasən, ölkədə fəaliyyət göstərən bankların ümumi sayı illik müqayisədə 1 ədəd (4,5%) azalaraq 21-ə düşsə də, əsas infrastrukturlarda artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, son bir ildə bank filiallarının sayı 10 vahid və ya 2% artaraq 498-dən 508-ə yüksəlib. Əvəzində isə bank şöbələrinin fəaliyyətində kiçilmə baş verib və onların sayı 8% (7 vahid) azalaraq 87-dən 80-ə enib.
Sektorun nağd pul çıxarışı və ödəniş şəbəkəsi də genişlənib. İllik müqayisədə ATM-lərin (bankomatların) sayı 3,8% və ya 128 ədəd artaraq 3 379-dan 3 507-yə çatıb. Eyni zamanda maliyyə-bank sektorunda məşğulluq göstəriciləri müsbət dinamika nümayiş etdirir. 2026-cı ilin avqust sonuna bank işçilərinin sayı 27 773 nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə (26 735 nəfər) müqayisədə 1 038 nəfər (3,9%) çoxdur. İyul ayı ilə müqayisədə də kadr heyəti 218 nəfər (0,8%) artaraq 27 555-dən 27 773-ə yüksəlib. pizza mizza
Telegram kanalımız