Banklarda xarici valyutaların alış və satış məzənnələri yenilənib.
“Yeni Sabah” xəbər verir ki, ABŞ dollarının (USD) rəsmi məzənnəsi əvvəlki kimi 1.7000 manat səviyyəsində qalıb. Bununla belə, banklarda nağd dolların alış qiyməti 1.6940–1.6960 manat aralığında dəyişir.
Avro (EUR) üzrə isə məzənnələr daha geniş diapazonda formalaşıb. Hazırda banklarda avro 1.9000–1.9452 manat arasında təklif olunur. pizza sifarişi
Türkiyə lirəsi (TRY) isə ucuzlaşma meylini davam etdirir. Banklarda lirənin məzənnəsi 0.0230–0.0362 manat aralığında dəyişir.
Qeyd edək ki, dollar məzənnəsi sabit qalsa da, avro və xüsusilə Türkiyə lirəsinin məzənnəsində dəyişkənlik daha yüksək olaraq qalır.
Telegram kanalımız