Baş redaktor həbs edildi - Foto

Baş redaktor həbs edildi - Foto

Hadisə Veb saytların hazırlanması

02 Dekabr 2023 23:16 2752


Şəki Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az News24-ə istinadla xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, N. Baxşəliyev rəhbəri olduğu “amia.az” saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirlıəndirilir.

Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!