Bayram Nurlunun ölüm xəbəri yayıldı   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bayram Nurlunun ölüm xəbəri yayıldı - Açıqlama

Şou

09 Oktyabr 2021 21:56 4578


İnstaqram fenomeni Bayram Nurlu haqqında yayılmış xəbərləri şişirdilmiş adlandırıb.

O, bu barədə Bizim.Media-ya özəl açıqlamasında avtomobil qəzasına düşdüyünü təsdiqləyib:

"Düzdür, qəza keçirmişəm, ancaq çox yüngül. Dizimdə bir az göyərti var, vəssalam. Bu qədər şişirtməyin nə mənası var? Özümü normal hiss edirəm”. pizza mizza

B.Nurlu onun üçün nigaran qalan sevənlərinə təşəkkür edib.

Daha sonra B.Nurlunun bibisi yayılan xəbərlərə öz etirazını bildirib:

"Bayram tez-tez xarici ölkələrə səfərə gedir. Bəzən ona zəng edəndə əlaqə yarada bilmirik. Belə əsassız xəbərlər Bayramın ailəsini çox üzür. Xahiş edirəm ki, bu xəbərləri yayanlar əvvəl öz ailələrini düşünsünlər. Bayramın anası xəstədir, bu cür xəbərləri eşidəndə çox həyəcanlanır".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bayram Nurlunun Rusiyada qəza keçirərək dünyasını dəyişdiyi haqqında xəbərlər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!