Payız gələndə bazar və marketlərdə bolluğu ilə seçilən balqabaq sağlam qidalanmaq istəyənlərin menyusuna daxil edə biləcəyi ən faydalı tərəvəzlərdəndir.
"Yeni Sabah" xəbər verir ki, balqabaq zəngin vitamin və mineral tərkibinə görə xüsusilə payız aylarında diqqət çəkən məhsullardandır.
Tərkibində beta-karotin, C vitamini, kalium və lif olan balqabaq göz sağlamlığının qorunmasına, immunitetin dəstəklənməsinə və həzm sisteminin normal fəaliyyətinə kömək edə bilər. Eyni zamanda, kalorisi nisbətən az olduğundan daha yüngül qidalanmağa çalışanlar üçün də uyğun seçim sayılır. pizza hut
Bəs balqabağı necə yemək daha faydalıdır?
Onu çox yağda qızartmaq əvəzinə sobada bişirmək, buxarda hazırlamaq və ya şorba şəklində qəbul etmək daha məqsədəuyğundur. Bişmiş balqabağı salatlara və müxtəlif yeməklərə əlavə etmək də mümkündür.
Balqabağın qiyməti də hazırda diqqət çəkir. Məsələn, bəzi satış nöqtələrində məhsulun kiloqramı 79 qəpikdən təklif olunur.
Mütəxəssislər balqabaqdan hazırlanan yeməklərə həddindən artıq şəkər, yağ və qaymaq əlavə etməməyi tövsiyə edirlər. Çünki bu halda tərəvəzin aşağı kalorili və sağlam qida kimi üstünlükləri əhəmiyyətli dərəcədə azalır.
Qeyd edək ki, balqabağın tumları da faydalı qida məhsuludur, lakin yüksək kalorili olduğundan onların qəbulunda da miqdara diqqət etmək lazımdır.
Aytac Əliyeva
Telegram kanalımız