Bəhram Bağırzadə Xalq artistinə tərif yağdırdı

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadə Xalq artistinə tərif yağdırdı

Şou

21 Noyabr 2025 11:12 547


Əməkdar artist Bəhram Bağırzadə Xalq artisti Flora Kərimova ilə bağlı paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, o, Xalq artisti ilə illər əvvəl çəkilmiş fotosunu sosial media hesabında yerləşdirib.

Bəhram Bağırzadə görüntüləri belə şərh edib: Marqarita pizza

"Flora Kərimova gücün, azadlığın və həqiqi sənətin simvolu olan bir addır. Onun səsi hissdir, xarakteri cəsarət, yaradıcılığı isə nəsillərin qəlbində yaşayan canlı bir tarixdir.

Mənə onunla eyni səhnəni bölüşmək nəsib olub. Həm tamaşalarda, həm də konsertlərdə, konfransye işlədiyim illərdə. Flora xanım ilə hər görüş dərin, səmimi və unudulmaz bir iz buraxıb. O, heç vaxt özünə xəyanət etməyən, həqiqətdən dönməyən və sənətə, xalqına sədaqətli qalan sənətkardır. Flora xanım, siz təkcə böyük bir müğənni deyilsiniz. Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz. Səsinizə və ruhunuza bürünən bütün gözəlliklər üçün sizə təşəkkür edirəm".

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!