“Belə axmaq-axmaq fikirləri...” - Deputat əsəbləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Belə axmaq-axmaq fikirləri...” - Deputat əsəbləşdi

Sosial

27 Oktyabr 2023 13:44 1310


"Hansısa QHT BMT-yə alternativ report kimi yazıb göndərib ki, bizdə guya 70 faiz qadınlar sterilizasiyadan keçirilir. Bunu deyəndə ağıl yoxdur”. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Ail, qadın və uşaq komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib. 

"Mən də onlara deyirəm ki, əgər qadınların 70 faizi sterilizasiyadan keçirsə, bizdə niyə doğum sayı azalmayıb? Bu uşaqları kişilər doğurlar?! Belə axmaq-axmaq fikirləri üzə çıxarırlar. Avropada son dövrlərə heç uşaq dünyaya gətirmirlər. Onların statistikasına, demoqrasiyasına baxın. Baxmayaraq ki, müharibə şəraitində yaşamışıq, lakin bizdə demoqrafik vəziyyət aşağı düşməyib. Bunlara nəzər yetirmək lazımdır”, - o deyib.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!