Sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilovanın (Bəniz) məhkəməsi başa çatıb.
"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Hökmə əsasən, Bəniz 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Toyuqlu pizza
Bəniz 2024-cü ilin sonunda qeyri-rəsmi münasibətdə olduğu biznesmen sevgilisi Xalid Kərimovun şikayəti əsasında həbs edilib. Zərərçəkmiş əvvəlcə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək kömək istəsə də, sonradan mövqeyini dəyişib. O, məhkəmədə Bənizdən heç bir şikayətinin olmadığını deyib, azadlığa buraxılmasını xahiş edib. Lakin məhkəmə irəli sürülən ittihamın ağırlığını və zərərçəkmişin ifadələrindəki ziddiyyətləri nəzərə alaraq Bənizin axıra kimi həbsdə saxlanılmasına qərar verib.
Telegram kanalımız