“Bentley” ilkə imza atdı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Bentley” ilkə imza atdı - FOTO

Avto

25 Sentyabr 2026 14:21 56


Böyük Britaniyanın lüks avtomobil istehsalçısı "Bentley" öz tarixinin ilk tam elektrikli avtomobil xəttini geniş ictimaiyyətə nümayiş etdirib. "Torcal" və daha güclü "Torcal S" modifikasiyaları ilə təqdim edilən yeni elektrokar modelləri 600 kilometrlik yürüş məsafəsi və üstün texniki göstəriciləri ilə diqqət çəkir.

“Yeni Sabah” xəbər verir ki, iki müxtəlif güc versiyasında satışa çıxarılacaq modellərdən Standart "Torcal" 810 at gücü hasil edərək 0-dan 100 km/saat sürəti 3,4 saniyəyə yığır və saatda 250 km maksimal sürət yığmaq qabiliyyətinə malikdir. İdman üslublu "Torcal S" versiyası isə 880 at gücünə sahibdir, 100 km/saat sürətə vur-tut 2,9 saniyəyə çatır və maksimum 260 km/saat sürət yığa bilir.

Hər iki avtomobildə ultrafast şarj texnologiyası tətbiq olunub ki, bu da akkumulyatorun 10%-dən 80%-ə qədər dolmasını cəmi 16 dəqiqəyə təmin edir. Toyuqlu pizza

Elektromobillərdə diqqət çəkən əsas detallardan biri klassik daxiliyanma benzin mühərrikinin səsini imitasiya edən xüsusi audio sistemin quraşdırılmasıdır. Şirkət rəhbərliyi bu addımın həm "Bentley"in illərlə formalaşan brend üslubunu korlamamaq, həm də küçələrdə piyadaların yaxınlaşan avtomobili eşitmələrini təmin edərək təhlükəsizliyi artırmaq məqsədilə atıldığını bildirib.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!