Bu həftəsonu bəzi bürclər üçün digərlərindən daha uğurlu keçəcək. Xüsusilə maliyyə, sevgi və şəxsi münasibətlərdə gözlənilməz fürsətlər ortaya çıxa bilər. Ulduzların təsirindən ən çox faydalanacaq 5 bürc isə bunlardır.
Şir - Şirlər üçün həftəsonu özünü göstərmək və diqqət mərkəzində olmaq baxımından əlverişlidir. Gözlənilməz görüş və ya xoş xəbər əhvalınızı yüksəldə bilər. Pul məsələsində də kiçik, lakin sevindirici bir fürsət yarana bilər.
Oxatan - Oxatanlar üçün həftəsonunun əsas mövzusu yenilik olacaq. Planlaşdırılmamış bir səfər, görüş və ya dəvət həyatınıza rəng qata bilər. Subay Oxatanların maraqlı biri ilə tanış olmaq ehtimalı da yüksəkdir. Sezar pizza
Buğa - Bu həftəsonu Buğaların maliyyə baxımından üzü gülə bilər. Gözlədiyiniz ödəniş, borcun qaytarılması və ya yeni qazanc imkanı gündəmə gələ bilər. Ailə daxilində də sizi sevindirəcək bir xəbər ala bilərsiniz.
Tərəzi - Tərəzilər üçün münasibətlər baxımından uğurlu günlərdir. Uzun müddətdir danışmadığınız biri ilə yenidən əlaqə yarana bilər. Sevgidə də gözlənilməz etiraf və ya romantik jest ehtimalı var.
Əkizlər - Əkizlər həftəsonunda təsadüflərin gətirdiyi şansla qarşılaşa bilərlər. Yeni tanışlıq, maraqlı təklif və ya işlə bağlı fürsət gündəmə çıxa bilər. Əsas məsələ qarşılarına çıxan imkanları tez görməkdir.
Aydan Hacı
Telegram kanalımız