Bill Qeyts COVID-19 əleyhinə peyvənd vurdurdu
22 Yan 2021 23:27
255

Bill Qeyts COVID-19 əleyhinə peyvənd vurdurdu

“Microsoft” şirkətinin banisi Bill Qeyts koronavirusa qarşı peyvənd vurdurub.

Yenisabah.az xəbər verir ki, 65 yaşlı milyarder və xeyriyyəçi bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb.

O, birinci dozanı aldığını qeyd edib və COVID-19 peyvəndinin yaradıcılarına təşəkkür edib.

Xatırladaq ki, “Microsoft”un qurucusu öz müsahibələrində dəfələrlə qeyd edib ki, yalnız kütləvi vaksinləmə koronavirus infeksiyasının yayılmasına və xəstəliyə dünya miqyasında son qoymağa imkan verəcək.  /Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər