Binəqədidəki partlayışda xəsarət alanların vəziyyəti necədir? 

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidəki partlayışda xəsarət alanların vəziyyəti necədir? 

Sosial

17 Yanvar 2024 11:49 193


15.01.2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 13 nəfərin müalicəsi davam etdirilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. 

Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.  Toyuqlu pizza

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan 1-nin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!