Bir az əvvəl təmir olunmuşdu: ÇÖKDÜ - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bir az əvvəl təmir olunmuşdu: ÇÖKDÜ - FOTOLAR

Xalqın səsi

16 Sentyabr 2026 14:43 115


Bakı şəhəri Nizami rayonunda yeni təmir olunmuş piyada səkisində çuxur yaranıb.

“Yeni Sabah” xəbər verir ki, Elşən Süleymanov küçəsi 24 ünvanında yolun kənarında yerləşən piyada səkisinin bir hissəsi çöküb.

Sakinlərin sözlərinə görə, sözügedən ərazi cari il ərzində iki dəfə təmir olunub. Lakin yeni təmir işlərindən sonra səkinin ortasında çuxur əmələ gəlib. pizza

Çuxurun yaranma səbəbi hələlik məlum deyil. Sakinlərin sözlərinə görə, ərazi bir neçə gündür bu vəziyyətdədir və aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması istiqamətində hələlik hər hansı tədbir görülməyib.

Səkinin bu vəziyyətdə olması piyadaların, xüsusilə də ərazidən istifadə edən uşaqların və yaşlıların hərəkəti üçün narahatlıq yaradır.

Qeyd edək ki, yaxınlıqda məktəb var və uşaqlar hər gün həmin səkidən istifadə edirlər.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!