“Biz NATO ilə müharibə aparırıq“ - Rusiyalı teleaparıcı

saytların hazırlanması

Evə çatdırılma

“Biz NATO ilə müharibə aparırıq“ - Rusiyalı teleaparıcı

Dünya

15 Aprel 2022 17:50 2676


"Ukraynada "xüsusi əməliyyat"ın uzanmasına səbəbi Rusiyanın NATO-ya qarşı Üçüncü Dünya müharibəsinə girməsi olub".

Yenisabah.az xəbər verir ki, bunu "Russia 1" telekanalında "60 minut" ("60 dəqiqə") verilişinin aparıcısı Olqa Skabeyeva deyib.

O, üzünü tamaşaçılara tutaraq bildirib: pizza hut

“Çoxları deyir ki, bunu daha sürətli etmək olmazdımı? Hər kəs bunun daha tez baş verməsini istəyir. Hər kəs həlledici qələbə istəyir. Hər kəs qarşıya qoyulan məqsədlərə çatmaq istəyir. Əks halda, Rusiyanın Ukraynadakı "xüsusi əməliyyat"ını qəbul etmək, ümumiyyətlə, mümkün deyil. Amma gərginlik Üçüncü Dünya müharibəsinə çevrilib. Bu artıq faktdır.
Hazırda biz NATO ilə müharibədə olduğumuzu demiriksə də, mütləq şəkildə NATO infrastrukturu ilə mübarizə aparırıq və bu faktı qəbul etməliyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!