Blogerə 4 il iş kəsdilər

saytların hazırlanması

Evə çatdırılma

Blogerə 4 il iş kəsdilər

Şou

04 Avqust 2026 15:22 114


Moskvanın Presnenski rayon məhkəməsi bloqer Hüseyn Həsənovu qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib.

"Yeni Sabah" xəbər verir ki, çirkli pulların yuyulmasında ittiham olunan Həsənov 1 milyon rubl məbləğində cərimə ödəməlidir.

Təyin olunmuş cəza qiyabidir və məhkumun saxlanıldığı və ya ekstradisiya olunduğu andan qüvvəyə minəcək. pizza mizza

Bundan başqa, məhkəmə bloqerə 2 il ərzində internetdə materialların yerləşdirilməsi ilə bağlı fəaliyyətlə məşğul olmağı qadağan edib. Məhkəmənin qərarı ilə onun "Moskva-Siti" kompleksindəki apartamentləri müsadirə edilib. İstintaqın məlumatına görə, onların dəyəri təxminən 46 milyon rubl təşkil edir.

İstintaqın versiyasına görə, Həsənov fərdi sahibkar olaraq 170 milyon rubldan çox məbləğdə vergidən yayınıb, bundan sonra vəsaitin bir hissəsi leqallaşdırılıb. Daha əvvəl prokurorluq bloqerə qiyabi olaraq 6 il həbs cəzası istəmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!