BMT baş katibinin təmsilçisi Sudana gedir

saytların hazırlanması

Evə çatdırılma

BMT baş katibinin təmsilçisi Sudana gedir

Dünya

01 May 2023 10:36 598


BMT-nin baş katibi Antonio Quterreş müavini Martin Qriffitsi Sudana göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

O bildirib: “Sudanda sürətlə pisləşən humanitar böhran fonunda BMT-nin baş katibi təcili olaraq humanitar məsələlər üzrə müavini Martin Qriffitsi bölgəyə göndərir. Baş verənlərin miqyası və sürəti görünməmiş dərəcədə dəhşətlidir”. Dominos pizza

Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı qarşıdurma aprelin 15-də başlayıb. Paytaxt Xartum ətrafındakı toqquşmalar zamanı yüzlərlə şəxs həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!