Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc bildirib ki, 1994-cü il sentyabrın 29-da ümummilli lider Heydər Əliyevin BMT Baş Assambleyasındakı tarixi nitqi torpaqlarımızın işğal faktının beynəlxalq aləmdə rəsmən qəbul edilməsinin və gələcək zəfərimizin bünövrəsini qoyub.
"Yeni Sabah" xəbər verir ki,
millət vəkili əlavə edib ki, 30 ildən sonra Azərbaycanın öz ərazi bütövlüyünü və ədaləti bərpa etməsi BMT-nin 81-ci sessiyasının əsas siyasi xəttinə çevrilib. Dominos pizza
Zahid Orucun sözlərinə görə, BMT-nin sosial media resurslarında ölkəmizə qarşı hədəfli və sistemli kampaniya aparılıb ki, bu da iki tərəf arasındakı münasibətlərə zərər vurmağa yönəlib:
“İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı bəzi nümayəndə heyətlərinin zalı tərk etməsi artıq siyasi mövqe nümayişinə çevrilib. Lakin Azərbaycanın Fələstin məsələsindəki mövqeyi dəyişməzdir — ölkəmiz iki dövlətli həll variantını, daimi atəşkəsi və humanitar yardımların fasiləsiz çatdırılmasını dəstəkləyir. Bu yanaşma tərəflərdən birini təcrid etməkdən daha səmərəlidir. İllər boyu Fələstin xalqının hüquqlarını müdafiə edən mərkəzlər Azərbaycanın 30 illik işğal dövründə hansı addımları atıblar? Nyu-Yorkdakı mərkəzi qərargahda Xocalı soyqırımına etiraz olaraq neçə nəfər zalı tərk edib? Qəzza böhranını dünyanın bir nömrəli probleminə çevirənlər torpaqlarımızın azad olunmasını dəstəkləmədikləri halda, zəfərimizin ədalətini tanımaqla Qəzza məsələsində hansı müsbət töhfəni veriblər? BMT qurumlarına dəstək yalnız bəyanat verməklə və ya zaldan çıxmaqla məhdudlaşa bilərmi? Bu gün etiraz olaraq zalı tərk edən bəzi ölkələr vaxtilə regionumuzda qanlı toqquşmalara göz yumublar. Məsələn, Emmanuel Makron İslam dünyasının rəğbətini qazanmaq üçün alovlu nitqlər söyləsə də, məhz Fransa Senatı 2020-ci il noyabrın 25-də beynəlxalq hüququ hiçə sayaraq qondarma rejimi tanımağa çağırış etmişdi”.
Nazim Hacıyev
Telegram kanalımız