Boksçumuz 1/16 finalda erməni ilə qarşılaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Boksçumuz 1/16 finalda erməni ilə qarşılaşacaq

İdman

27 Oktyabr 2021 10:03 705


Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

Yenisabah.az xəbər verir ki, mundialın ikinci gününün gündüz seansında Azərbaycan millisinin bir üzvü mübarizəyə qoşulub.

Malik Həsənov 1/32 finalda Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. 63,5 kq çəki dərəcəsində keçirilən görüş təmsilçimizin 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) qələbəsi ilə yekunlaşıb.

Həsənov 1/16 finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

Bu gün axşam seansında boksçularımızdan Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!