Borc içində üzürsünüzsə, bu üsulu sınayın - Ödəniş yükü azalır

saytların hazırlanması

Evə çatdırılma

Borc içində üzürsünüzsə, bu üsulu sınayın - Ödəniş yükü azalır

Maraqlı

14 Sentyabr 2026 15:14 97


Bir neçə borcu eyni vaxtda ödəmək məcburiyyətində qalanlar üçün sadə bir üsul işə yaraya bilər. Borcları böyükdən kiçiyə deyil, əksinə, ən kiçik məbləğdən başlayaraq bağlamaq insanın ödəniş yükünü tədricən azaltmasına kömək edir.

“Yeni Sabah” xəbər verir ki, bu üsul maliyyə planlamasında “qartopu üsulu” adlanır. Məntiqi olduqca sadədir: əvvəlcə ən kiçik borc bağlanır, sonra həmin borca ayrılan pul növbəti borcun ödənilməsinə yönəldilir.

Beləliklə, hər borc bağlandıqca növbəti borca ayrılan məbləğ artır və ödəniş prosesi sürətlənir. Pepperoni pizza

“Qartopu üsulu” necə tətbiq olunur?

İlk olaraq bütün borclarınızı bir yerə yazın və məbləğinə görə kiçikdən böyüyə sıralayın.

Məsələn:

300 manat kredit kartı borcu;

800 manat istehlak krediti;

2 000 manat digər kredit borcu.

Əsas tələb olunan ödənişləri vaxtında etməyə davam edin. Bundan əlavə, imkanınız çatan əlavə məbləği ən kiçik borca yönəldin.

Məsələn, hər ay 300 manatlıq borcun ödənişinə əlavə pul ayıraraq onu mümkün qədər tez bağlamağa çalışın. Borc tam ödənildikdən sonra həmin məbləği artıq 800 manatlıq borcun ödənişinə əlavə edin.

800 manatlıq borc da bitdikdən sonra isə həmin ödəniş gücünü 2000 manatlıq borca yönəldin.

Bu prosesdə borclar bir-birinin ardınca bağlanır və hər dəfə növbəti borcun ödənilməsi üçün daha çox vəsait yaranır. Məhz buna görə bu üsul “qartopu” adlandırılır.

Üstünlüyü nədir?

Bu üsulun əsas üstünlüyü kiçik borcların daha tez bağlanmasıdır. Bir borcun tamamilə bitməsi insanda maliyyə baxımından irəliləyiş hissi yaradır və plana sadiq qalmağı asanlaşdırır.  Lakin nəzərə almaq lazımdır ki, borcları yalnız məbləğinə görə sıralamaq həmişə ən az faiz ödəmək demək deyil. Faiz yükünü azaltmaq əsas məqsəddirsə, borcları faiz dərəcəsinə görə sıralayan başqa yanaşma da mövcuddur.

Ona görə də “qartopu üsulu” daha çox borclarını mərhələli şəkildə azaltmaq və ödəniş prosesini psixoloji baxımdan idarə etmək istəyənlər üçün istifadə olunan yanaşmadır.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!