Boyunbağısına görə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Boyunbağısına görə saxlanıldı

Şou

04 Avqust 2026 19:03 72


Türkiyəli fotoqraf Bennu Gerede barəsində "ədəbsizlik" ittihamı ilə cinayət işi açılıb.

"Yeni Sabah" xəbər verir ki, buna səbəb onun qatıldığı yutub proqramında boynundakı kolyenin böyüklər üçün nəzərdə tutulan intim oyuncaq olduğunu deməsi və bununla bağlı səsləndirdiyi fikirlər olub.

Məlumata görə, İstanbulun Bakırköy Respublika Baş Prokurorluğu Geredenin açıqlamalarını araşdırmağa başlayıb. Hüquqi proses çərçivəsində fotoqraf polis əməkdaşları tərəfindən saxlanılıb. pizza

Bundan başqa, istintaq çərçivəsində Bennu Geredenin qonaq olduğu yutub kanalına girişin məhdudlaşdırılması ilə bağlı da müraciət edildiyi bildirilib.

Qeyd edək ki, Bennu Gerede həmin proqramda "Survivor" yarışmasına qatılarkən cinsi həyatdan uzaq qalacağı üçün narahat olduğunu da etiraf etmişdi. O, həmçinin boynunda gəzdirdiyi rose qızıldan hazırlanmış aksesuarın böyüklər üçün nəzərdə tutulan intim oyuncaq olduğunu açıqlamışdı./Axşam.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!