ABŞ və İran Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı razılığa Çərşənbə axşamı və ya Çərşənbə günü gələ bilər.
“Yeni Sabah” CNBC-yə istinadla xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
O, İranın keçid üçün rüsum tətbiq edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq qeyd edib ki, razılaşma boğazda hərəkət azadlığını təmin edəcək: "Bu, hərəkət azadlığı olacaq". pizza mizza
Bessent əlavə edib: “Son bir neçə gündə vəziyyət bir az dəyişkən olsa da, artıq boğazdan xeyli gəminin çıxdığını görmüşük".
Telegram kanalımız