Bu 4 bürc diqqətli olsun - Eşq həyatında gözlənilməz dəyişiklik başlayır

saytların hazırlanması

Evə çatdırılma

Bu 4 bürc diqqətli olsun - Eşq həyatında gözlənilməz dəyişiklik başlayır

Maraqlı

13 Avqust 2026 02:00 31


Eşq, gözəllik və münasibətlər planeti hesab olunan Venera avqustun 6-da Tərəzi bürcünə keçib. Venera sentyabrın 10-dək bu bürcdə qalacaq və bu müddətdə münasibətlərdə romantika, uyğunluq və sosiallaşmaq istəyinin artacağı bildirilir.

“Yeni Sabah” xəbər verir ki, astrologiyada Tərəzinin idarəçisi Venera hesab olunur və planetin bu bürcdə güclü mövqedə olduğu qəbul edilir.

Bu səbəbdən qarşıdakı həftələrdə yeni insanlarla tanış olmaq, flört etmək və münasibətləri möhkəmləndirmək üçün daha əlverişli dövrün yarana biləcəyi qeyd olunur. pizza sifarişi

Xüsusilə avqustun 15-17-də Venera ilə Yupiter arasındakı müsbət bucaq sevgi və romantika baxımından diqqət çəkir. Avqustun 21-də isə Venera ilə Saturn arasındakı gərginlik münasibətlərdə daha ciddi söhbətlərin gündəmə gəlməsinə səbəb ola bilər.

Bu 4 bürcün eşq həyatında canlanma olacaq

Veneranın Tərəzi bürcündə hərəkəti bütün bürclərə fərqli təsir göstərə bilər. Lakin bəzi bürclər üçün sevgi və münasibətlər baxımından daha şanslı dövrün başlayacağı bildirilir.

Tərəzi: Diqqət mərkəzində olacaqsınız

Veneranın öz bürcünüzdə hərəkəti diqqətləri üzərinizə çəkə bilər. Görünüşünüzə və geyim tərzinizə daha çox önəm verə, özünüzə inamınız arta bilər.

Yeni insanlarla tanış ola, flört təklifləri ala və eşq həyatınızda daha seçici davrana bilərsiniz. Münasibəti olan Tərəzilər üçün isə romantik jestlər və xoş hadisələr ön plana çıxa bilər.

Lakin avqustun 21-i ətrafında münasibətinizlə bağlı ciddi söhbətin gündəmə gəlməsi mümkündür.

Oğlaq: Hər yerdə diqqət çəkəcəksiniz

Oğlaqlar üçün sosial həyat canlanır. Veneranın karyera və cəmiyyətdəki imiclə əlaqəli sahədə hərəkəti daha çox dəvət və sosial tədbir demək ola bilər.

Yeni insanlarla tanış olmaq istəyən Oğlaqlar üçün qarşıdakı həftələrdə müxtəlif imkanlar yarana bilər.

Əgər bir müddətdir kiminləsə flört edirsinizsə, münasibətinizi yaxın çevrənizlə bölüşmək qərarı da verə bilərsiniz.

Əkizlər: Eşq həyatında həyəcan başlayır

Əkizlər üçün Veneranın Tərəzi bürcündə hərəkəti romantik dövrün başlanğıcı kimi qiymətləndirilir.

Flört, əyləncə və eşqlə əlaqəli sahədə hərəkət edən Venera Əkizlərin cazibəsini artıra bilər. Sosial mühitlərdə daha çox vaxt keçirmək, yeni insanlarla tanış olmaq və diqqət çəkmək mümkün olacaq.

Münasibətdə olan Əkizlər üçün birlikdə səyahət etmək və ya partnyorla baş-başa daha çox vaxt keçirmək münasibətlərə müsbət təsir göstərə bilər.

Oxatan: Populyarlığınız artır

Oxatanlar da Veneranın təsiri ilə sosial həyatın ən aktiv bürclərindən birinə çevrilə bilər.

Yeni insanlarla tanış ola, dost çevrənizi genişləndirə və sosial mühitlərdə daha çox diqqət görə bilərsiniz.

Hətta dostluq kimi başlayan yaxınlıq zamanla romantik münasibətə çevrilə bilər.

Bu dövrdə necə bir partnyor istədiyinizi daha yaxşı anlamağınız da mümkündür. Yeni münasibətə başlayan Oxatanlar üçün dostluq və güclü ünsiyyət əsas rol oynaya bilər.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!