“City Finance” BOKT istehlak krediti üzrə faiz dərəcəsini artırıb.
“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, mikromaliyyə təşkilatı istehlak krediti üzrə faiz dərəcəsi 25%-dən 26%-ə yüksəlib.
Beləliklə, kredit üzrə faiz dərəcəsi 1 faiz bəndi artırılıb. Faiz dərəcəsinin özünə nəzərən artım 4% təşkil edir. pizza mizza
Qeyd edək ki, “City Finance Bank Olmayan Kredit Təşkilatı” MMC 2013-cü ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 5 milyon manat, qanuni təmsilçisi Tural Əhmədov Mahir oğludur.
Telegram kanalımız