Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə əhalisini gündəlik nitqdə "inşallah" və "əlhəmdulillah" kimi ərəb mənşəli ifadələrin istifadəsindən imtina etməyə çağırıb.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı Astanada keçirilən Beynəlxalq "Qazax dili" Cəmiyyətinin qurultayında çıxışı zamanı son dövrlər ana dilindəki ənənəvi sözlərin ərəb leksikası ilə əvəzlənməsinin narahatlıq doğurduğunu bildirib.
"Biz qazaxıq, ərəb deyilik" deyən Kasım-Jomart Tokayev əsrlər boyu xalqın yaddaşında və dilində kök salmış milli qarşılıqların işlədilməsinin vacibliyini önə çəkib. Prezident vətəndaşlara gündəlik ünsiyyətdə "inşallah" əvəzinə "Quday qalasa" (Allah qoysa), "əlhəmdulillah" əvəzinə isə "Qudayğa şükür" (Allaha şükür) ifadələrini işlətməyi tövsiyə edib. İnternetdən sifariş
Bununla yanaşı, dövlət başçısı dini ayinlər və Ramazan ayı ilə bağlı terminlərin də qazax dilinin öz qaydalarına uyğun səsləndirilməsinin tərəfdarı olduğunu qeyd edib. Belə ki, "iftar" sözünün əvəzinə "auızaşar" (ağzı açmaq), "sahur" əvəzinə isə "səresi" kəlmələrinin istifadə olunması tövsiyə edilib.
Qazaxıstan rəhbəri dilçiləri və alimləri bu cür dil meyillərini dərindən araşdırmağa və ana dilinin saflığının qorunması istiqamətində sistemli iş aparmağa səsləyib.
Nazim Hacıyev
Telegram kanalımız