Bu ərazidəki 5 mərtəbələr söküləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazidəki 5 mərtəbələr söküləcək

Sosial

17 Yanvar 2024 19:13 17542


Zığda yerləşən köhnə həyət evləri və 5 mərtəbəli binalar sökülərək, yerində hündür mərtəbəli binalar tikiləcək.

Yenisabah.az xəbər verir ki, Valyuta.az-ın əldə etdiyi məlumata görə, buna səbəb yeni təqdim olunan Bakının Baş palanına əsasən Bakı bulvarının cənub istiqamətində uzadılmasıdır.

Yeni layihəyə əsasən, bulvarın keçdiyi ərazilərdə söküntü işləri aparılacaq. Bulvarın keçdiyi ətraf ərazilərdə isə müasir tələblərə cavab verən binalar tikiləcək. Dördpendirli pizza

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən bulvar cənub istiqamətində uzadılacaq. Bu da uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək.

Qeyd edək ki, Bakı bulvarının “Ağ şəhər”dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!