Fransada naməlum şəxslər dərs zamanı məktəbi yandırmağa cəhd etdilər

saytların hazırlanması

Evə çatdırılma

Fransada naməlum şəxslər dərs zamanı məktəbi yandırmağa cəhd etdilər

Dünya

07 Noyabr 2026 00:59 53


Fransanın paytaxtı Paris yaxınlığındakı Fren kommunasında bir qrup naməlum şəxs "Mistral" liseyini yandırmağa cəhd göstərib, şagirdlər və işçiləri təxliyə edilməli olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə 6 noyabrda dərslər zamanı baş verib.

İlk yanğın siqnalı Bakı vaxtı ilə saat 13:00-da səslənib. Yarım saat sonra bir neçə nəfər liseyin binasına daxil olaraq fişənglər atıb. Heç kim xəsarət almayıb. Sezar pizza

Cinayətkarlar daha sonra tualet kağızı və zibil qutularını yandıraraq yanğın törətməyə cəhd ediblər. Polis əməkdaşları hadisə yerinə gəlib və onları dayandırıblar.

Bu vaxt liseyin rəhbərliyi şagirdlərin təxliyəsini təşkil edərək onları həyətdə toplayıb.

Hadisədən sonra məktəb bu gün - 7 noyabr, günorta saatlarına qədər distant təhsilə keçib.

Polis hələlik şübhəliləri saxlaya bilməyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!