Kiyev ballistik raketlərlə vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Kiyev ballistik raketlərlə vuruldu

Dünya

07 Noyabr 2026 07:51 54


Rusiya ordusu noyabrın 7-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərini və vilayətini ballistik raketlərlə vurub.

“Yeni Sabah” xəbər verir ki, axşam saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib.

Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə və onun bölgəsinə 20-yə yaxın ballistik raket atılıb. Əsas hədəf isə enerji və kritik infrastrukturları olub. Dominos pizza

Kiyev şəhər meri Vitali Kliçko əhalini sığınacaqlarda məskunlaşmağa çağırıb.

Kiyev vilayət Hərbi Administrasiyasının verdiyi məlumata görə, raket zərbələri nəticəsində dağıntılar qeydə alınıb, xəsarət alanlar var.

Hazırda Kiyevə zərbə dronları ilə hava hücumu davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!