“Bu faciəli hadisə bir daha göstərir ki, avtobus dayanacaqlarında təhlükəsizlik infrastrukturunun rolu həyati əhəmiyyət daşıyır”.
“Yeni Sabah” xəbər verir ki, bunu nəqliyyat ekspert Rauf Ağamirzəyev “Facebook” səhifəsində yazıb.
O bildirib ki, təhlükəsiz nəqliyyat sistemi yalnız sürücülərin məsuliyyətindən deyil, həm də düzgün layihələndirilmiş küçə və dayanacaq infrastrukturundan başlayır: Pepperoni pizza
“Bir neçə il əvvəl Bakıdakı 20 nömrəli məktəbin qarşısında da oxşar hadisə baş vermişdi. Hər iki hadisənin ortaq cəhəti ondan ibarətdir ki, sərnişin avtobusdan endikdən sonra digər nəqliyyat vasitəsinin hərəkət trayektoriyasına düşüb.
Məhz buna görə müasir şəhərlərdə avtobus dayanacaqlarında "anti cib" (bus bulb) həlləri geniş tətbiq olunur. Anti ciblər dayanacaq sahəsini fiziki olaraq parklanma zolağından və digər hərəkət hissələrindən ayırır, avtobusun birbaşa hərəkət zolağında dayanmasını təmin edir və sərnişinlərin minmə-düşmə zonasını qoruyur. Bu həll nəqliyyat vasitələrinin dayanacaq sahəsinə daxil olmasını faktiki olaraq mümkünsüz edir və oxşar qəzaların qarşısının alınmasında mühüm rol oynayır.
Təhlükəsiz nəqliyyat sistemi yalnız sürücülərin məsuliyyətindən deyil, həm də düzgün layihələndirilmiş küçə və dayanacaq infrastrukturundan başlayır. Ramanada baş verən bu faciə dayanacaq təhlükəsizliyi standartlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini bir daha gündəmə gətirir”.
Xatırlatma: ötən gün saat 18:49-da Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus yaşlı qadını vurub. 1951-ci il təvəllüdlü Bağda Sovinqızı aldığı xəsarətlərdən vəfat edib.
Nazim Hacıyev
Telegram kanalımız