29 Sentyabr - 23:59
Bu gün Talibanın bayramıdır

Bu gün Talibanın bayramıdır

Dünya

15 Avqust 2022 13:19 519


“Taliban” hərəkatı avqustun 15-i Əfqanıstanda öz hakimiyyətinin yaradılmasının ildönümünü bayram elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rejiminin Əmək və Sosial İşlər Nazirliyi bildirib

“Əfqanıstan İslam Əmirliyinin təqviminə görə (“Taliban” öz hökumətini belə adlandırır) Amerika işğalına qarşı mübarizədə Kabilin fəth edilməsinin birinci ildönümü münasibəti ilə, Bazar ertəsi, Əsəd ayının 24-ü, 1400-cü il tarixində (Hicri-Şəms təqvimi ilə ) bütün ölkədə rəsmi tətil elan edilib”.

Xatırladaq ki, düz bir il əvvəl ölkənin 34 əyalətindən 33-nü ələ keçirdikdən sonra, avqustun 15-də “Taliban” silahlı dəstələri hökumət qüvvələrinin müqaviməti olmadan Əfqanıstanın paytaxtı Kabilə daxil olub və keçmiş prezident Əşrəf Qani, eləcə də onun kabinet üzvləri ölkəni tərk ediblər.

Qeyd edək ki, hakimiyyətə gəldikdən bir il sonra “Taliban”ın ölkədə yaratdığı hökumət dünyanın heç bir ölkəsi tərəfindən rəsmən tanınmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!