Bu gün, ya sabah o qərar verəcək, ya da... - Gözlər Əli Əsədova dikilib

saytların hazırlanması

Evə çatdırılma

Bu gün, ya sabah o qərar verəcək, ya da... - Gözlər Əli Əsədova dikilib

Sosial

30 May 2025 10:10 21569


Azərbaycan əhalisi nəfəsini içəri çəkərək baş nazir Əli Əsədovun karantin rejiminin uzadıb-uzatmayacağı intizarındadır.

Yenisabah.az xəbər verir ki, sonuncu dəfə Nazirlər Kabineti rəhbəri COVID-19-la bağlı məhdudiyyətlərin martın 31-dən iyunun 1-dək tətbiqi barədə qərar imzalayıb.

Birigün artıq bu müddət tamamlanır. Pepperoni pizza

Əli Əsədov karantin müddətini uzadacaqmı?

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından quru və dəniz sərhədləri qapadılıb. Hər 3 aydan bir xüsusi karantin rejiminin vaxtı uzadılır. 

Dünya Səhiyyə Təşkilatı (DST) 2023-cü ilin mayın 5-də COVİD-19-la bağlı qlobal fövqəladə vəziyyətin başa çatdığını elan edib.

2024-cü ildə Prezident İlham Əliyev Azərbaycan sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.

"Sərhədləri bağlı saxlamaq qərarı kovidə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır".

İlham Əliyev bunu aprelin 23-də, ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda danışıb.

Milli Məclisin 7-ci çağırışına seçkilərdən sonra açılış iclasında da dövlət başçısı oxşar cümlələr işlədib.

Prezident Əliyev deyib ki, "milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır":

"Xüsusilədə indiki zamanda. şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır.

Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Bu reallıqdır".

Xatırladaq ki, son aylarda Azərbyacanla Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpa olunacağı iddia olunur. Rəsmi Tbilisi bundan ötrü may ayına dair 2 tarix açıqlasa da, məsələ reallaşmayıb.

Eyni zamanda, prezident Məsud Pezeşkianın Bakıya birgünlük səfərindən sonra İranla quru sərhədlərin açılacağına dair rəsmi Tehran təmsilçiləri bir neçə bəyanat verib.

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elnur
    Hemise oldugu kimi xestelik var helede basqa olkelerde covidd yaddan cixib bizde ureklerde qalib belke artiraq)))
    12 months ago
  • Qurban
    Acilar , Allah qoysa serhedler.Bizim guclu ordumuz var, guclu serhedcilerimiz var ve onlara biz inaniriq.Allah serhedcilerimizi qorusun
    12 months ago
  • Bəhruz
    Əli Əsədov kimdir ki,sərhədlərin açılması üçün qərar verə, müəyyən qurumların və şəxsən prezident razılıq verməsə bu mümkün deyil, bizim ölkə bir neçə düşmən və ya dost olmayan ölkələrin əhatəsindədir , münbit şərait yaranməsə sərhədlər açılmayacaq.
    12 months ago
  • sherif
    Qətiyyən açmayın, açan günüz heç olmasın, toxun acdan nə xəbəri. Dostun qohumun nə ölüsünə nə xeyirinə gedib dəyə bilmirik, allah bəlanızı versin, bu qədər niyə zülm edirsiniz imkansızlara
    12 months ago
  • Мамед
    Yəni bizim DTX a o qədər zəifdi ki sərhədlərimizi bağlı saxlayırıq?
    12 months ago