“Bu küçəni təmizləyənlər...” – Xoşqədəmdən sərt irad

saytların hazırlanması

Evə çatdırılma

“Bu küçəni təmizləyənlər...” – Xoşqədəmdən sərt irad

Şou

14 Avqust 2026 16:47 261


Aparıcı Xoşqədəm Baxşəliyeva sosial media hesabında paylaşım edərək ətrafı zibilləyən şəxslərə iradını bildirib.

“Yeni Sabah” xəbər verir ki, aparıcı dünyanın müxtəlif yerlərində eyni mənzərə ilə qarşılaşdığını deyib və insanları təbiəti qorumağa çağırıb.

“Biz gözəlliyi yaşatmaq, qorumaq üçün yox, məhv etmək üçün yaradılmışıq. Dənizin kənarında zibil yeşikləri olsa da, butulkalar, salfetlər hamısı dənizin içində və ətrafındadır. Gözəlliyi niyə məhv edirik? Dördpendirli pizza

Əkizlərimin 3 yaşı var idi. Maşında yol gedirdik. Bir də baxdım ki, əllərindəki salfeti pəncərədən atdılar. Maşını kənara verib, onları da düşürdüm və atdıqları salfeti özlərinə götüzdürdüm. Onlara başa saldım ki, zibili yerə atmaq olmaz. Bu küçəni təmizləyənlər sizin ananız yaşındadır. Əziyyət çəkirlər.

O gündən bu günə yerə zibil atmırlar. Başqaları da atanda yaxınlaşıb deyirlər ki, zibili niyə yerə atırsınız? Olmaz. Təbiəti korlayırsınız. Mən öyrətmişəm. Demişəm ki, gördünüz yeri zibilləyirlər, deyin. Niyə hər tərəf gözəl olmasın?”, – deyə Xoşqədəm Baxşəliyeva bildirib.

 Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!