Bu maşınların qiyməti kəskin ucuzlaşdı – 2600 manatdan başlayır...

saytların hazırlanması

Evə çatdırılma

Bu maşınların qiyməti kəskin ucuzlaşdı – 2600 manatdan başlayır...

Avto

06 Oktyabr 2026 15:45 410


İkinci əl avtomobil bazarında "Mercedes-Benz" brendinin köhnə modellərinə olan tələbat yüksək səviyyədə qalmaqda davam edir.

“Yeni Sabah” xəbər verir ki, elan saytlarında yerləşdirilən son məlumatlara əsasən, ölkənin müxtəlif bölgələrində satışa çıxarılan 1990–2000-ci illərin "C-Class", "E-Class" və köhnə "190" modellarının qiymətləri geniş diapazonda dəyişir.

Təqdim olunan elanlarda ən ucuz təkliflər ənənəvi modellərə aiddir. Belə ki, 1992–1993-cü illərin "Mercedes 190" modelləri 2 600 – 4 400 manat civarında təklif olunduğu halda, 1994-cü ilin "C 180" modeli 6 500 manata satışa çıxarılıb. Pepperoni pizza

İstehsal ili 1998–2001-ci illər arasında dəyişən "E-Class" (E 200, E 220, E 240) modellərinin qiymətləri isə avtomobilin texniki vəziyyətindən, yürüşündən və komplektasiyasından asılı olaraq 7 800 manatdan başlayaraq 14 700 manatadək yüksəlir.

Ekspertlər bildirirlər ki, təmir və ehtiyat hissələrinin asan tapılması səbəbindən bu avtomobillər yerli bazarda öz likvidliyini qoruyub saxlayır.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!