Bu metronun adı “20 sentyabr” oldu

saytların hazırlanması

Evə çatdırılma

Bu metronun adı “20 sentyabr” oldu

Sosial

04 Sentyabr 2026 17:46 15672


Bakıda “20 sentyabr” metro stansiyası olacaq.

“Yeni Sabah”ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılıb. Dominos pizza

Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Dabura
    ilk "20 Yanvar" indi isə "20 sentyabr"... Maraqlıdır..
    2 months ago
  • Salim
    Mənim ad günümdə 20 sentyabrdadır nə gözəl oldu ????????????????????????????
    2 months ago
  • Niko
    Metronun adi bir dənədir - Bakı Metrosu və ya rəsmi olaraq Bakı Metropoliteni. "20 Sentyabr" isə metro stansiyasının adıdır. Stansiyanın, metronun yox!
    2 months ago