Yeni Zelandiyanın Şimal adasında yerləşən Tauranqa şəhərindən 1 197 kilometr şimal-şərqdə, Sakit okeanda 5,8 bal gücündə zəlzələ baş verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Operativ məlumatlara əsasən, qeydə alınan zəlzələnin episentri Yeni Zelandiyanın Kermadek adalar qövsünə daxil olan Raul adasından təxminən 135 kilometr şimal-qərbdə yerləşib. Dördpendirli pizza
Episentrdə yeraltı təkanların intensivliyi "dağıdıcı" kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 5,9 olaraq qiymətləndirib. Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Telegram kanalımız