Bu ölkələr Serbiyaya qarşı birləşir

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkələr Serbiyaya qarşı birləşir

Dünya

09 Sentyabr 2026 15:23 94


Bosniya və Herseqovinanın Daxili İşlər Naziri Ramo İsak Serbiyanın son dövrdə atdığı təxribatçı addımlara və soyqırımı törətməkdə təqsirləndirilən hərbi cinayətkar Ratko Mladiçin qəhrəmanlaşdırılmasına kəskin reaksiya verib.

“Yeni Sabah” xəbər verir ki, nazir bu addımlara qarşı region ölkələrindən ibarət "anti-Serbiya cəbhəsi"nin yaradılmasını təklif edib.

Ramo İsak bildirib ki, təklif olunan bu birlik Serbiyada baş qaldıran "ağlını itirmiş Çetnik ideologiyası"na qarşı birgə mübarizə aparmalıdır. Sezar pizza

Nazirin sözlərinə görə, sözügedən ideologiya region dövlətlərinin konstitusiya və hüquq qaydalarına, təhlükəsizliyinə, demokratiyasına və ərazi bütövlüyünə birbaşa təhdid təşkil edir. Koalisiya Montoneqro, Kosovo, Xorvatiya və Bosniya və Herseqovinanı əhatə edə bilər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!