Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq 

saytların hazırlanması

Evə çatdırılma

Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq 

İqtisadiyyat

17 Avqust 2026 13:25 312


Uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən bəzi qurumların akkreditasiyadan keçməsi məcburidir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin açıqladığı məlumatda bildirilib.

Qeyd olunub ki, texniki reqlamentdə və digər normativ-hüquqi aktlarda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın, xidmətin, işin, prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların akkreditasiyası məcburidir. Sezar pizza

Bundan başqa, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və ya xidmətlər göstərmək üçün akkreditasiyası tələb olunan qurumlar da məcburi qaydada akkreditasiyadan keçməlidir.

Agentliyin məlumatına görə, akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilə bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!