“Bu qədər maskasız insan ora necə daxil oldu?”

saytların hazırlanması

Evə çatdırılma

“Bu qədər maskasız insan ora necə daxil oldu?”

Sosial

18 Aprel 2022 10:45 484


Ötən gün Bakıda, “Park Bulvar” Ticarət Mərkəzində Rusiyada yaşayan blogger, Hüseyn Həsənov ilə görüşdə izdiham yaşanıb. Ticarət mərkəzi insanlar o qədər olub ki, tərpənməyə belə yer olmayıb, eyni zamanda insanların böyük əksəriyyətinin də maskadan istifadə etməməsi diqqətdən yayınmayıb. 

İnsanların həmin məkana toplanmasının bir səbəbi bloggerlə görüşmək olsa da, digər səbəbi, onun pulsuz “iphone” paylayacağı olub. Yaranmış vəziyyət sosial gəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, mövzuya sərt reaksiya verən jurnalist, texno-bloger Fərid Pərdəşünas bununla bağlı öz facebook səhifə paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik: Dördpendirli pizza

“Bu Hüseyni müdafiə edənlər, "əşi belə şeylər olur, bütün dünyada belədir" deyənlər üçün bir-iki kəlimə:
 
Birincisi, heç bir özünə hörmət edən ictimai məkan belə şeyə icazə verməli deyil. Məşhur şəxslər fanat orduları ilə ictimai məkanlarda yox, xüsusi nəzərdə tutulmuş qapalı məkanlarda görüşürlər. Park Bulvarda belə bir görüş planlamaq doğru deyil. İctimai məkana gələn digər insanların istirahətin pozub, təhlükə yaradıblar.

İkincisi, AVM-lərdə hazırda Bakıda az qala üz skanı quraşdırıblar. İçəri girənə qədər vəsiqə, covid passportu və maska yoxlanılır. Bu qədər maskasız insan necə daxil oldu? Bu qədər adamı necə yoxladılar?

Üçüncüsü, heç bir özünə hörmət edən məşhur sizə iPhone atacam deyib, sürü halında ora-bura milləti dartmır. Hədiyyə üçün qaydalar var, yarışlar var. Sosial mediada da bunu edə bilər. Burada məqsəd elə bu görünütünü almaq olub.

Dördüncüsü, heç bir təşkilatçı və buna icazə verən AVM bu görüntü ilə fəxr eləməli deyil.

Beşincisi, dünyada tək məşhur adam Hüseyn deyil. Özünə hörmət edən məşhurlar izləyiciləri ilə belə görüşmür. Daha təşkilatlı, daha sivil formada olur görüşlər. Ona qalanda gərək Instagram-ın ən çox izlənilən influenserləri Christiano Ronaldo, Messi falan izləyiciləri bir araya yığıb əzsin, forma zad tullasın.

Altıncısı, biz də kiminsə fanatıyıq. Məsələn, mən Dua Lipa, konsertinə getmişəm, əl uzatmışam. Nəbilim, Niki Minajı Amerikada görəndə bir salam vermişəm. Amma yerində. Ya konsert zalında, ya özəl görüşdə. Daha ictimai məkanda insanların üzərindən keçərək, əzərək yox”.
 
Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!