“Bu qidaları yeyəndə oxumaq çətin olur” – Xalq artistindən maraqlı etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Bu qidaları yeyəndə oxumaq çətin olur” – Xalq artistindən maraqlı etiraf

Şou

28 İyun 2026 13:43 97


Xalq artisti Zabit Nəbizadə səsini qorumaq üçün xüsusi qaydalara əməl etmədiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o,  “Günə uğurla” verilişində danışıb.

Xanəndə bildirib ki, dondurma yeyir, kondisionerin altında oturur və demək olar ki, bütün qidaları qəbul edir: Toyuqlu pizza

“Nadir insanlar var ki, səsini qoruya bilər. Mən şəxsən dondurma da yeyirəm, kondisionerin altında da otururam.”

Bununla yanaşı, sənətçi bəzi qidaların səsinə mənfi təsir etdiyini də qeyd edib. Onun sözlərinə görə, qatıq, ayran, balıq və döymə ət yedikdən sonra oxumaq çətinləşir. Zabit Nəbizadə əlavə edib ki, ifadan sonra qidaları ilıq qəbul etmək daha məqsədəuyğundur, ifadan əvvəl isə soyuq su içmək və ya dondurma yemək mümkündür.

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!