Kənd təsərrüfatı müəssisələrinin mənfəəti 2025-ci ildə 467,9 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 130,4 milyon manat çoxdur.
"Yeni Sabah" xəbər verir ki, kənd təsərrüfatı müəssisələrinin əsas iqtisadi göstəricilərinə dair məlumatlara əsasən, 2025-ci ildə müəssisələrin mənfəəti 467 milyon 929 min manat, zərəri isə 21 milyon 857 min manat olub. Nəticədə ümumi mənfəət 446 milyon 72 min manat təşkil edib.
Məlumatlara görə, 2024-cü ildə kənd təsərrüfatı müəssisələrinin ümumi mənfəəti 312 milyon 902 min manat olduğu halda, 2025-ci ildə bu göstərici 446 milyon 72 min manata yüksəlib. Dördpendirli pizza
Ötən il kənd təsərrüfatı müəssisələrinin satışdan əldə etdiyi gəlir 1 milyard 493 milyon 539 min manat olub. 2024-cü ildə bu rəqəm 1 milyard 360 milyon 698 min manat təşkil edib.
Bitkiçilik sahəsində mənfəət 2025-ci ildə 213 milyon 614 min manat, heyvandarlıqda isə 204 milyon 427 min manat qeydə alınıb. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 168 milyon 593 min manat və 149 milyon 89 min manat olub.
Kənd təsərrüfatının ümumi məhsulunun faktiki satış qiymətləri ilə dəyəri isə 2025-ci ildə 1 milyard 410 milyon 179 min manat təşkil edib. 2024-cü ildə bu göstərici 1 milyard 318 milyon 774 min manat olub.
Beləliklə, təqdim olunan göstəricilər kənd təsərrüfatı müəssisələrinin mənfəətinin, satış gəlirlərinin və həm bitkiçilik, həm də heyvandarlıq sahələrində mənfəətin artdığını göstərir.
Aytac Əliyeva
Telegram kanalımız