Ofelya Şabanova vəfat edən qazi qardaşından danışıb.
“Yeni Sabah” xəbər verir ki, onun vəfatından sonra toylara getdiyi üçün müğənniyə "arsız" deyilib:
“O qədər itirə-itirə gəlmişəm ki, güclü olmağı öyrənmişəm. Qardaşımı 27 yaşında itirdim. Bədənində qəlpələr vardı, qaraciyəri də pis halda idi. Hər şeyi etdim, amma onu qaytara bilmədim. Bəlkə də yalandan gülürəm, yalandan oxuyuram. Bəlkə də deyirlər ki, Ofelya çox arsız qızdır. Amma mənim ailəm, 2 oğlum var. Qardaş dərdi çox ağırdır. Onun qayıtması üçün evimi-eşiyimi də satmağa hazır idim. Çox arzuları vardı. O da müğənni olmaq istəyirdi. Dominos pizza
Bu dərdi də daşıyacağam. Yeddi yaşından anasız qalan uşaq idi. Biz ona ana olmuşduq. Gözümün yaşını göstərməyi sevmirəm. Amma qardaş elə bir dərddir ki, güclü qalmaq mümkün deyil”.
Xatırladaq ki, Ofelya Şabanovanın qardaşı Nurməhəmməd Şabanov (Maqa) aprelin 9-da vəfat edib. O, 44 günlük Vətən müharibəsinin qazisi idi.
Aydan Hacı
Telegram kanalımız