“Mançester Yunayted”in rəhbərliyi baş məşqçi Maykl Kerriklə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
"Yeni Sabah" Sky Sports-a istinadla xəbər verir ki, 45 yaşlı mütəxəssisin istefası ilə bağlı yaxın 48 saat ərzində rəsmi məlumat yayımlanacaq.
Boş qalan vəzifəyə əsas namizədlər isə Yulian Naqelsmann və Eddi Hau hesab olunur. pizza
Qərara mövsümün uğursuz başlanğıcı və komandanın oktyabr ayında nümayiş etdirdiyi zəif nəticələr səbəb olub. INEOS şirkətinin sahibi olduğu klubun rəhbərliyi Kerrikə İngiltərə Premyer Liqasının 8-ci turunda “Bornmut”la ev oyununa qədər vaxt verib. Lakin “qırmızı şeytanlar” oktyabrın 25-də keçirilən görüşdə 0:3 hesabı ilə məğlub olublar.
Bundan başqa, Kerrik həmin matçda komandanın kapitanı Bruno Fernandeşi ehtiyat oyunçular skamyasında saxlayıb. Qarşılaşmanın final fitindən sonra “Old Trafford” stadionundakı azarkeşlər futbolçuları fitə basıblar.
Telegram kanalımız