İspaniya La Liqasının 10-cu turu çərçivəsində "Kamp Nou" stadionunda keçirilən "El Klasiko" qarşılaşması "Real Madrid"in 2:1 hesablı səfər qələbəsi ilə başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, qarşılaşmada hesabı "Real Madrid" açıb. Kilian Mbappe birinci hissənin sonlarına yaxın dəqiq zərbə ilə komandasını önlüyə çıxarıb. İkinci hissədə təzyiqi artıran "Barselona" hesaba tarazlıq gətirib. Pedrinin ötürməsindən sonra Rafinya fərqlənərək hesabı 1:1 edib.
Matçın son dəqiqələrində səhnəyə yenidən Kilian Mbappe çıxıb. Fransalı hücumçu Eduardo Kamavinqanın ötürməsindən sonra özünün və komandasının ikinci qolunu vuraraq "Real Madrid"ə vacib qələbə qazandırıb. Sezar pizza
Bu nəticə ilə "Barselona" cari mövsümdə La Liqadakı ilk məğlubiyyətini yaşasa da, 10 turdan sonra turnir cədvəlində liderliyini qoruyur. "Real Madrid" isə bu qələbə sayəsində liderlə aradakı xal fərqini azaldıb.
Nazim Hacıyev
Telegram kanalımız