Azərbaycanda bu şəxslərin maaşı 2 min manatı keçdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərin maaşı 2 min manatı keçdi

Sosial

22 İyun 2026 12:07 3487


2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2 059 manata çatıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olmuşdur. Onların 31,4 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 7,6 faizi inzibati vəzifələrin ali–3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifat, 12,4 faizi 5-ci təsnifat, 8,7 faizi 6-cı təsnifat, 44,2 faizi 7-ci təsnifat, 23,2 faizi isə yardımçı vəzifələr üzrə çalışıb. pizza hut

Qulluq stajına görə dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1–5 il, 23,6 faizi 5–10 il, 18,8 faizi 10–15 il, 27,4 faizi isə 15 il və daha çox staja malik olub.

Yaş bölgüsündə dövlət qulluqçularının 3 faizi 25 yaşadək, 11,6 faizi 25–29 yaş, 18 faizi 30–34 yaş, 16,7 faizi 35–39 yaş, 13,3 faizi 40–44 yaş, 10,5 faizi 45–49 yaş, 8,1 faizi 50–54 yaş, 7,5 faizi 55–59 yaş, 9,2 faizi 60–64 yaş, 2,1 faizi isə 65 və yuxarı yaş qrupunda olub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Eldar Eldarov
    İşləyən,dövləti qoruyan,kasıbların, fəhlələrin də qayğısına qalan, kənd təsərrüfatının inkişafına dəstək olan da dövlət qulluqçularıdır.
    25 days ago