Bu şəxslərin pensiyası artır

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin pensiyası artır

Sosial

16 Aprel 2022 21:51 754


Vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və əlilliyə görə əmək pensiyasının hesablanması qaydası dəyişir.
 
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.
 
Layihəyə əsasən, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
 
Eyni zamanda, pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.
 
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!