Bunu etmədən yola çıxmayın -   Polisdən vacib xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bunu etmədən yola çıxmayın - Polisdən vacib xəbərdarlıq

Sosial

10 Sentyabr 2026 09:44 111


Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər qəza zamanı daha ağır xəsarətlər ala və ya həyatlarını itirə bilərlər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyev bildirib.

O qeyd edib ki, yol-nəqliyyat hadisələrinin təhlili təhlükəsizlik kəmərindən istifadə etməyən şəxslərin qəza zamanı daha ağır xəsarətlər aldığını və ya həyatlarını itirdiyini göstərir. Toyuqlu pizza

Elvin Hacıyevin sözlərinə görə, təhlükəsizlik kəməri toqquşma zamanı şəxsin avtomobilin salonunda çırpılmasının, eləcə də avtomobildən kənara fırlanmasının qarşısını alan ən sadə və effektiv vasitədir.

BDYPİ-nin bölmə rəisi "Yol hərəkəti haqqında" Qanunun tələblərini də xatırladıb. O bildirib ki, hərəkətdə olan avtomobilin təhlükəsizlik kəməri ilə təchiz edilmiş yerlərində olan bütün şəxslər təhlükəsizlik kəmərini bağlamalıdırlar.

Qeyd olunub ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə və ya kəməri bağlamayan sərnişinləri daşımağa görə inzibati xəta tərkibi yaranır.

Elvin Hacıyev sürücü və sərnişinlərə müraciət edərək, öz həyat və sağlamlıqlarını qorumaq üçün hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini mütləq bağlamağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!