Xəzər rayonu Buzovna qəsəbəsində sahilboyu qayalıqlar olan ərazidə təmizlikləbağlı növbəti iməclik keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumata görə Buzovnada dəniz sahilində, qayalıq ərazisində aparılan təmizlik işləri Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətləri kommunal xidmətlərinin əməkdaşları tərəfindən həyata keçirilib.
Kommunal xidmətlərin işçiləri və texnikaları cəlb olunmaqla ərazidə növbəti təmizlik işləri aparılıb, əraziki daş və tullantılar daşınıb. Dominos pizza
Qeyd olunan ərazilərdə növbəti həftələrdə də genişmiqyaslı iməcliklərin keçirilməsi nəzərdə tutulub.
Telegram kanalımız