Hindistanda 20 yaşlı gəncin aylarla təkbaşına çayı təmizləməsi onun həyatını dəyişib. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra gəncə xaricdən iş təklifi gəlib.
“Yeni Sabah” xəbər verir ki, Hindistanın Biaora şəhərində yaşayan Surendra Singh Choudhary Ajnar çayının təmizlənməsi üçün fəaliyyətə başlayıb. “Bittu Tabahi” adı ilə tanınan 20 yaşlı gənc yanvar ayından etibarən aylarla çayda təmizlik işləri aparıb. O, sudan və çayın ətrafından plastik tullantılar, yosun və digər zibilləri çıxarıb. Choudhary təmizlik üçün lazım olan əsas ləvazimatları da öz hesabına əldə edib.
Gənc gördüyü işləri sosial şəbəkə hesablarında paylaşaraq təmizlik prosesini izləyicilərə göstərib. Xüsusilə çayın əvvəlki və sonrakı vəziyyətini əks etdirən görüntülər böyük maraq doğurub. pizza mizza
Görüntülərdə əvvəllər tullantılarla çirklənmiş ərazinin təmizlikdən sonra xeyli daha səliqəli vəziyyətə düşdüyü görünür. Paylaşımlar sayəsində Choudhary-nin fəaliyyəti daha geniş auditoriyaya çatıb.
Gəncin fəaliyyəti sentyabr ayında beynəlxalq səviyyədə də diqqət çəkib. Ajnar çayının təmizlənmədən əvvəl və sonrakı görüntülərinin yer aldığı paylaşım X sosial şəbəkəsində geniş yayılıb.
Paylaşımı “The Ocean Cleanup” təşkilatının təsisçisi və baş direktoru Boyan Slat da görüb. O, gəncə qısa mesaj göndərərək “Bizim üçün çalış” deyə yazıb.
Beləliklə, öz yaşadığı ərazidə təkbaşına başladığı çay təmizliyi 20 yaşlı gənc üçün gözlənilməz iş imkanına çevrilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız