Cəfər Cabbarlı meydanı boşaldılır

saytların hazırlanması

Evə çatdırılma

Cəfər Cabbarlı meydanı boşaldılır

Sosial

04 Dekabr 2019 10:47 2040


Bakının “28 May” metrostansiyasi yaxınlığına yerləşən Cəfər Cabbarlı meydanı boşaldılır.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, sözügedən meydanda "fast food" yeməkləri satan iki səyyar obyektdən biri götürülüb, digəri isə  bağlıdır. Xırda alverlə məşğul olan səyyar ticarətçilər də yoxdur.

Meydandakı qəzet köşkündən bəzilərinin satıcıları təsdiq etdi ki, onlara dekabrın 10-dək ərazini tərk etməyə vaxt verilib. Satıcılardan biri isə dedi ki, Bakı Nəqliyyat Agentliyi (BNA) meydanda yenidənqurma işi aparacaq. Bildirilib ki, BNA növbəti Nəqliyyat Mübadilə Mərkəzini Cəfər Cabbarlı meydanı ətrafında yaratmağı planlaşdırır.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!