İyulun artıq yarısı geridə qalıb və avqustun başlamasına cəmi 15 gün qalır. Yeni ayın hansı bürclərə uğur gətirəcəyi isə indidən maraq doğurur. Xüsusilə pul, karyera və sevgi həyatı ilə bağlı proqnozlar sosial şəbəkələrdə və xarici mətbuatda geniş müzakirə olunur.
"Yeni Sabah" xəbər verir ki, Hindistanın vedik astrologiyası (Vedik astrologiya Hindistanda yaranmış qədim astroloji sistemdir və proqnozlarını planetlərin real mövqeyinə əsasən hazırlayır)
ilə məşğul olan bir sıra tanınmış astroloqlar və astroloji platformalar avqust ayının bəzi bürclər üçün əhəmiyyətli dönüş nöqtəsi olacağını bildirirlər. Onların fikrincə, Yupiterin təsiri, Günəş və Marsın mövqe dəyişməsi, eləcə də Venera enerjisi xüsusilə maliyyə və münasibətlər sahəsində bəzi bürclərə üstünlük qazandıracaq. Toyuqlu pizza
Bu bürclər avqustun favoritləri hesab olunur
Şir
Vedik astroloqlar bildirirlər ki, Günəşin avqustun ikinci yarısında Şir bürcünə keçməsi bu bürcün nümayəndələri üçün güclü enerji yaradacaq. Karyerada irəliləyiş, rəhbərlikdən müsbət qiymət almaq və gəlirin artması ehtimalı yüksək qiymətləndirilir.
Sevgi həyatında da canlanma gözlənilir. Subaylar yeni tanışlıq edə, münasibətdə olanlar isə əlaqələrini daha ciddi mərhələyə keçirə bilərlər. Astroloqlar yalnız lazımsız xərclərdən çəkinməyi tövsiyə edirlər.
Buğa
Hind astroloqu İvan Ahluvaliyanın yanaşmasına görə, Buğa bürcü avqustda maliyyə baxımından ən güclü dövrünü yaşayacaq bürclərdən biridir. Maaş artımı, əlavə qazanc və yeni gəlir mənbələrinin yaranması ehtimal edilir.
Sevgi həyatında isə Veneranın təsiri emosional yaxınlığı artıracaq. Uzun müddətdir münasibətdə problem yaşayan cütlüklərin ortaq məxrəcə gəlməsi mümkündür.
Tərəzi
Avqustun ikinci yarısından etibarən Tərəzi bürcünün gəlir və dostluq evinin aktivləşəcəyi bildirilir. Bu səbəbdən yeni əməkdaşlıqlar, gəlirli layihələr və gözlənilməz qazanc imkanları yarana bilər.
Sevgi həyatında isə romantik münasibətlər daha sabit xarakter alacaq. Yeni tanışlıqların ciddi münasibətə çevrilməsi ehtimalı da yüksək qiymətləndirilir.
Oxatan
Astroloqlar hesab edirlər ki, avqust Oxatan bürcü üçün həm maddi, həm də mənəvi inkişaf ayı olacaq. Xariclə bağlı işlər, təhsil, media və hüquq sahəsində çalışanlar üçün yeni imkanlar yarana bilər.
Sevgi sahəsində uzaq məsafəli münasibətlər möhkəmlənə, bəzi cütlüklər isə evlilik qərarı verə bilərlər.
Əkizlər
Yupiterin təsiri nəticəsində Əkizlər bürcünün özünü göstərmək imkanları artacaq. Hind astroloqları bildirirlər ki, uzun müddətdir nəticə verməyən layihələr avqustda uğur qazana bilər. Maddi baxımdan da əvvəlki aylarla müqayisədə daha sabit dövr gözlənilir.
Şəxsi münasibətlərdə isə açıq ünsiyyət və səmimiyyət əsas rol oynayacaq.
Sevgidə yeni mərhələ başlaya bilər
Hindistanlı astro-numeroloq və münasibətlər üzrə mütəxəssis Sidhharrth S. Kumaar hesab edir ki, 2026–2027-ci illərin planet keçidləri insanların münasibətlərə baxışını dəyişir. Onun fikrincə, artıq sürətli və səthi münasibətlərdən daha çox etibar, emosional uyğunluq və uzunmüddətli bağlılıq ön plana çıxacaq. Bu tendensiya avqust ayında daha aydın hiss olunacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız