UEFA Çempionlar Liqasının 2027/28 və 2028/29 mövsümlərinin həlledici final matçlarına ev sahibliyi edəcək stadionları rəsmən elan edib.
“Yeni Sabah” xəbər verir ki, qitənin ən prestijli klub turnirinin 2027/28 mövsümündəki finalı "Bayern Münhen" klubunun ev oyunlarını keçirdiyi "Allianz Arena" stadionunda baş tutacaq. Növbəti 2028/29 mövsümünün həlledici qarşılaşması isə "Barselona"nın doğma meydanı olan "Camp Nou" arenasına həvalə olunub.
Hər iki tarixi arena müasir infrastrukturu və böyük azarkeş tutumu ilə Avropa futbolunun bu möhtəşəm finallarına ev sahibliyi etməyə tam hazır vəziyyətə gətiriləcək. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız